"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Fanat.Az xəbər verir ki,bu, İrlandiya təmsilçisi “Şelburn”dur.

I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

UEFA Çempionlar Liqası 1-ci təsnifat mərhələsi, cavab oyunları 16 iyul

Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya) 1:1 İlk oyun – 0:1

Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) – 2:2 İlk oyun – 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər