"Qarabağ"ın uduzduğu klubdan 10 milyonluq transfer

"Qarabağ"ın uduzduğu klubdan 10 milyonluq transfer
"Monako" heyətini mərkəz müdafiəçisi ilə gücləndirib. Fanat.az xəbər verir ki, knyazlıq klubu Braziliyanın "Atletiko Mineyro" klubundan Jemerson de Xesus Naskimentonu heyətinə qatıb.
"Monako" 2019/20 mövsümünün sonanadək müqavilə imzaladığı müdafiəçinin transfer qiymətini açıqlamayıb. Amma Fransa mətbuatı bu transferin kluba 10 milyon avroya başa gəldiyini iddia edib.
Qeyd edək ki, "Atletiko Mineyro"nun yetirməsi olan Jemerson komandanın əsas heyətində 100 oyun keçirib və 1 qol vurub. 
Onu da qeyd edək ki, "Monako" cari mövsümdə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olub. Ev oyununda təmsilçimizi 1:0 hesabı ilə yenən knyazlıq klubu Bakıdan bir xalla dönüb - 1:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər