Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, qitənin 2-ci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 klubun növbəti rəqibləri bəlli olub.
Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" İtaliya klubu ilə qarşılaşacaq. Belə ki, Kiyevdəki oyunda təmsilçimizə yenilən ukraynalılar "Napoli"yə rəqib olub. Digər yarımfinal cütündə isə "Sevilya" və "Fiorentina" qarşılaşacaq.
Püşkü nəticəsinə əsasən "Napoli" - "Dnepr" cütünün qalibi finalda nominal ev sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal
Napoli (İtaliya) - Dnepr (Ukrayna)
Sevilya (İspaniya) - Fiorentina (İtaliya)
Final
Napoli//Dnepr - Sevilya//Fiorentina
Fanat.az