"Qarabağ"ın U-19 komandasının "Napoli" ilə səfər matçının hakimləri bilindi

"Qarabağ"ın U-19 komandasının "Napoli" ilə səfər matçının hakimləri bilindi

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının səfərdə "Napoli"yə qarşı keçirəcəyi oyunun hakimləri bəllidir.

Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı çexiyalı referi Dominik Stara tapşırıb. 

Ona laynsmanlar qismində həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən oyun noyabrın 25-də baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səsləndiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər