"Qarabağ"ın təhlükəli rəqibi - "Viktoriya"

"Qarabağ"ın təhlükəli rəqibi - "Viktoriya"

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" 3-cü təsnifat mərhələsinə yüksələcəyi halda Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Fanat.az xəbər verirki, Plzen şəhərinin təmsilçisi 1911-ci ildə yaradılıb. Klub əvvələr fərqli adlar altında çıxış etsə də, 1993-cü ildə komandanın adının "Viktoroya" olması qətiləşdirilib.

Maraq üçün bildirək ki, Ağdam klubunun rəqibi 2002/2003 mövsümündə ikinci liqada çempion olaraq yüksək dəstəyə vəsiqə qazanıb. Komanda ev oyunlarını 11,700 azarkeş tutumuna malik olan "Dossan Arena" stadionunda keçirir. 

"Viktoriya" ümumilikdə dörd dəfə Çexiya çempionu olub. Son çempion daha əvvəl 2010/2011, 2012/2013, 2014/2015 mövsümlərində də eyni sevinci yaşayıb. Bir dəfə ölkə kubokunun qalibi olan Plzen təmsilçisi, iki dəfə də superkuboku başı üzərinə qaldırıb.

"Qarabağ"ın növbəti mərhələdəki rəqibinin yetərincə avrokubok təcrübəsi var. Çexiyalılar buna qədər Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsində oynamağı bacarıb.

Belə ki, "Viktoriya" 2011/2012 mövsümündə mübarizəyə başladığı 2-ci təsnifat mərhələsindən qrup mərhələsinə qədər getməyi bacarmış, A qrupunda "Barselona", "Milan"ın ardınca 3-cü olmuşdu. Həmin mövsüm çexiyalılar ÇL-in pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubunu hər iki matçda məğlub etmişdi - 3:1, 2:1. 2013/2014 mövsümündə də ÇL-in D qrupunda "Mançester Siti", "Bavariya", MOİK (Moskva) kimi klublarla mübarizə aparan plzenlilər qrupda 3-cü olmuş, mabrizəni Avroliqada davam etdirmişdi.

"Viktoriya" təsnifat mərhələləri də daxil olmaqla Çempionlar Liqasında meydana çıxdığı 26 oyunda 15 qələbə qazanıb, 2 dəfə də rəqibləri ilə heç-heçə oynayıb. 

"Viktoriya" 2012/2013 mövsümündə Avroliqanın B qrupunda "Atletiko", "Akademika", "Hapoel" (Tel-Əviv) komandaları ilə mübarizə aparıb və 13 xalla qrupu lider tamamlayıb. Növbəti mərhələdə İtaliya "Napoli"sini sıradan çıxaran çexiyalılar sonda "Fənərbaxça" səddinə ilişib. Ötən mövsüm Avroliqanın qrup mərhələsində "Rapid", Minsk "Dinamo"su, "Vilyareal"la qarşılaşan çexiyalılar 4 xalla 3-cü olublar. Ümumilikdə avroliqada 34 matçda çıxan "Viktoriya" 16 qələbə qazanıb, 7 dəfə bərabərə qalıb.

Baş məşqçi Roman Pivarnikin olduğu komandada əsasən çexiyalılar çıxış edir. Son mövsümü 7 xallıq fərqlə çempion kimi tamamlayan "Viktoriya"nın avrokubok təcrübəsinə görə "Qarabağ" üçün təhlükəli rəqib saymaq olar. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər