"Qarabağ"ın tarixində görünməmiş rekord

"Qarabağ"ın tarixində görünməmiş rekord
"Qarabağ" tarixinin rekorduna imza atıb. Fanat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb. 
Zaqatalada "Simurq"la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə "Simurq"a məğlub olan "Qarabağ" həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94  mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt "Qarabağ" ardıcıl 11 səfər oyununda uduzmamışdı.
Ümumilikdə isə Azərbaycan rekordu "Şəmkir"ə məxsusdu. Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. "Kəpəz"in 19, "İnter"in 15 məğlubiyyətsiz səfər oyunu var. "Qarabağ"ın rekordu isə bu siyahıda 8-ci yerdədi.

12.03.2013

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

1:0

07.04.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:2

21.04.2013

Bakı - Qarabağ (Ağdam)

0:1

28.04.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:2

09.05.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:0

04.08.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:2

25.08.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:1

13.09.2013

Rəvan (Bakı) - Qarabağ (Ağdam)

1:1

28.09.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

20.10.2013

Sumqayıt - Qarabağ (Ağdam)

0:3

27.10.2013

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

0:3

09.11.2013

AZAL (Bakı) - Qarabağ (Ağdam)

1:1

30.11.2013

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

0:0

pfl.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər