İsveçrə yığmasının sabiq hücumçusu İnnosent Emeqaranın "Qarabağ"la müqaviləsinin təfərrüatları məlum olub. Fanat.az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə 3 ay + 2,5 illik müqavilə imzalanıb.
Emeqaranın səviyyəsi və fərdi xüsusiyyətləri məşqçi heyətini qane etsə, avtomatik şəkildə müqavilə müddəti daha 2,5 illik uzadılacaq.
Forvardın qazancına gəlincə, o, illik 380 min dollar əldə edəcək.
Fanat.az