"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində keçirəcəyi son iki oyunun vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Çexiya və Almaniya klubları ilə oyunlarda sınayacaq.
"Qarabağ" iyulun 4-də "Viktoriya" (Pilzen) ilə qarşılaşacaq. Çexlərlə oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Son matç isə iyulun 8-də başlayacaq və "Qarabağ"ın rəqibi Almaniyanın Regional Liqasında çıxış edən "Sonnenhof Qrobaspax" klubu olacaq. Matçın start fiti saat 21.00-da çalınacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Avstriyada Ukraynanın "Şaxtyor" (0:2), Rusiyanın "Krasnodar" (0:1) və Almaniyanın "Vakker Burqhausen" (2:0) klubları ilə qarşılaşıb.
Fanat.az