"Qarabağ"ın sabiq qapıçısı Boyan Pavloviçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, serb qapıçı Gürcüstan çempionatında çıxış edəcək.
Belə ki, Pavloviç "Zestafoni" ilə 2+1 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Pavloviç 2011-2012-ci illərdə "Qarabağ"da çıxış edib və 48 oyunda meydana çıxıb. O, ölkəmizdən ayrıldıqdan sonra İsrailin "Hapoel" (Aşkelon" və Serbiyanın OFK klublarında oynayıb.
Fanat.az