Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti oyununu iyunun 28-də keçirəcək. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Rusiyanın “Krasnodar” klubu ilə oyunda sınayacaq.
Artıq matçın başlama vaxtı bəllidi. Görüş Bakı vaxtı ilə 19.00 (Yerli vaxtla 16.00) başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında, "Krasnodar" Avropa Liqasında çıxış edəcək.
Fanat.az