Avropanın milli çempionatlarında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, dünən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri meydana çıxıb.
"İnter" A Seriyasının XI turunda "Verona"nı qəbul edib. 2:2 hesabı ilə başa çatın oyunda Milan klubunun hər iki qoluna Mauro İkardi imza atıb. 51-ci dəqiqədə Hari Medel qırmızı vərəqə alaraq "İnter"i azlıqda qoyub. "Qarabağ"ın rəqibi 11 oyundan sonra 16 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
"Sent-Etyen" Fransa Liqa 1-nin XIII turunda "Monako"nu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın rəqibinin heyətində Rikki van Volfsvinkel fərqlənib. "Sent-Etyen" 13 oyundan sonra 22 xalla turnir cədvəlinin 6-cı pilləsini tutur.
"Dnepr" isə Ukrayna çempionatının XI turunda "Şaxtyor"un qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Dnepr"dən Mladen Bartuloviç 86-cı dəqiqədə qırmızı vərəqə alıb. "Qarabağ"ın rəqibi 11 oyundan sonra 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az