"Qarabağ"ın rəqibləri: "İnter", "Dnepr" və "Sent-Etyen"

"Qarabağ"ın rəqibləri: "İnter", "Dnepr" və "Sent-Etyen"

Bün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Monakoda keçirilən mərasimdə "Qarabağ"ın rəqibləri də müəyyənləşib.

Püşk "Qarabağ"ı F qrupuna salıb. Azərbaycan çempionu bu qrupda İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə mübarizə aparacaq.

Türkiyənin "Beşiktaş" klubu C qrupuna düşüb. "Qara Qartal"lar "Tottenhem", "Partizan" və "Asteras"a rəqib olub.

"Trabzonspor" isə L qrupunda "Metallist", "Legiya" və "Lokeren"lə mübarizə aparacaq.

Qeyd edək ki, qrupda ən çox İtaliya və Belçika komandası iştirak edəcək - 4. Fransa, Ukrayna, Yunanıstan və Hollandiyanın 3, İspaniya, İngiltərə, Danimarka, Türkiyə, Rumıniya, Rusiya, Portuqaliya, Xorvatiya və İsveçrənin 2, Azərbaycan, Almaniya, Avstriya, Slovakiya, Şotlandiya, Cənubi Kipr, Serbiya, Finlandiya, Çexiya, Belarus, Polşa və İsveçin 1 komandası qrupa düşüb.

A qrupu

B qrupu

1

Vilyareal (İspaniya)

1

Kopenhagen (Danimarka) 

2

Borussiya (M, Almaniya)

2

Brügge (Belçika)

3

Sürix (İsveçrə)

3

Torino (İtaliya)

4

Apollon (Cənubi Kipr)

4

HİK (Finlandiya)

C qrupu

D qrupu

1

Tottenhem (İngiltərə)

1

Zalsburq (Avstriya)

2

Beşiktaş (Türkiyə)

2

Seltik (Şotlandiya)

3

Partizan (Serbiya)

3

Dinamo (Xorvatiya)

4

Asteras (Yunanıstan)

4

Astra (Rumıniya)

E qrupu

F qrupu

1

PSV (Hollandiya)

1

İnter (İtaliya) 

2

Panatinaikos (Yunanıstan)

2

Dnepr (Ukrayna)

3

Estoril (Portuqaliya)

3

Sent-Etyen (Fransa)

4

Dinamo (Moskva, Rusiya)

4

Qarabağ (Azərbaycan)

G qrupu

Hqrupu

1

Sevilya (İspaniya)

1

Lill (Fransa)

2

Standard (Belçika)

2

Volfsburq (Almaniya)

3

Feyenoord (Hollandiya)

3

Everton (İngiltərə)

4

Riyeka (Xorvatiya)

4

Krasnodar (Rusiya)

I qrupu

J qrupu

1

Napoli (İtaliya)

1

Dinamo (Ukrayna)

2

Sparta (Çexiya)

2

Styaua (Rumıniya)

3

Yanq Boyz (İsveçrə)

3

Rio Ave (Portuqaliya)

4

Slovan (Slovakiya)

4

Olborq (Danimarka)

K qrupu

L qrupu

1

Fiorentina (İtaliya)

1

Metallist (Ukrayna)

2

PAOK (Yunanıstan)

2

Trabzonspor (Türkiyə)

3

Genqam (Fransa)

3

Legiya (Polşa)

4

Dinamo (Belarus)

4

Lokeren (Belçika)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər