"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə qarşılaşacaq. Fanat.az təmsilçimizin rəqibləri ilə bağlı məlumatları təqdim edir.
"İnter" (Football Club Internazionale) İtaliyanın "Milan" şəhərini təmsil edir. Klub 9 mart 1908-ci ildə yaradılıb. 106 yaşlı Milan təmsilçi ev oyunlarını 80.018 nəfər azarkeş tutumu olan "Guzeppe Meazza" stadionunda keçirir. Arena 1926-cı ildə fəaliyyətə başlayıb, 1956 və 1989-cu illərdə təmir edilib.
"İnter" İtaliyanın ən titullu klublarından biridi. Komanda 18 dəfə A Seriyasının, 7 dəfə İtaliya Kubokunun5 dəfə ölkə Superkubokunun qalibi olub. "Qarabağ"ın rəqibi son çempionluğunu 2010-cu ildə qazanıb, bir il sonra ölkə kubokunun qalibi olub.
"İnter" İtaliya ilə yanaşı, Avropada da öz sözünü deyib. Komanda 1964, 1965 və 2010-cu illərdə Çempionlar Liqasının qalibi olub. "Qarabağ"ın rəqibi 1967-ci ildə finalda "Seltik"ə, 1972-ci ildə "Ayaks"a uduzaraq turnirin gümüş medallarını qazanıb. 1991, 1994 və 1998-ci illərdə UEFA Kubokuna sahib çıxan "İnter" bu turniri ən çox qazanan 4 komandadan biridi. Milan təmsilçisi 1997-ci ildə də UEFA Kubokunda final oynayıb və "Şalke 04"ə uduzub. "İnter" 2010-cu ildə klublararası dünya çempionluğuna sahib çıxıb.
"İnter"in "qızıl dövrü" 20110-cu il hesab olunur. Joze Mourinyonun başçılıq etdiyi komanda həmin mövsümdə İtaliya çempionluğunu, kubokunu, Superkubokunu, Çempionlar Liqasını və klublarası dünya çempionluğunu qazanıb. Çempionlar Liqasını qazandıqdan sonra Mourinyo "İnter"dən ayrılaraq "Real"a üz tutub.
"İnter" 2013/14 mövsümündə A Seriyasında 60 xal toplayıb və 5-ci pilləni turaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda burda İslandiyanın "Styarnan" klubu ilə qarşılaşıb və iki oyunun nəticəsinə əsasən 9:0 hesablı qələbə qazanıb - 3:0, 6:0.
"İnter"in baş məşqçisi Valter Mazzarridi. 2013-cü ildən komandaya başçılıq edən 52 yaşlı italyan mütəxəssis əvvəllər İtaliyanın "Akireale", "Pistoyese", "Livorno", "Reccina", "Sampdoriya" və "Napoli" klublarını çalışdırıb.
Komandanın kapitanı Andrea Ranoççiadı. İtaliya yığmasında 13 oyun keçirmiş 26 yaşlı mərkəz müdafiəçisi 2011-ci ildən "İnter"də çıxış edir.
"İnter"in heyətində Sloveniya, Braziliya, Argentina, Xorvatiya, Kolumbiya, Serbiya, Çili, Nigeriya, Seneqal, Qana, Yaponiya və Farsadan 23 legioner çıxış edir. "İnter"in hazırkı heyətində 5 italyan futbolçu var.
Qapıçılar: Samir Handanoviç, Vid Belek (hər ikisi Sloveniya), Tommaso Berni (İtaliya), Xuan Pablo Karrizo (Argentina).
Müdafiəçilər: Danilo Dambrosio, Matias Silvestr, Marko Andreolli, Andrea Ranoççia (hamısı İtaliya), Conatan, Xuan Xesus, Dodo (hamısı Braziliya), Hüqo Kampaqnaro (Argentina), Nemanya Vidiç (Serbiya), İbrahima Mbaye (Seneqal), İsaak Donkor (Qana), Yuto Naqatomo (Yaponiya).
Yarımmüdafiəçilər: Mateo Kovaciç (Xorvatiya), Rikki Alvarez (Argentina), Fredi Quarin (Kolumbiya), Zdravko Kuzmanoviç (Serbiya), Hari Medel (Çili), Coel Obi (Nigeriya), Rene Krin (Sloveniya), Hernanes (Braziliya), Yann Mvila (Fransa).
Hücumçular: Rodriqo Palasio, Mauro İkardi (hər ikisi Argentina), Dani Osvaldo, Federiko Bonazzoli (hər ikisi İtaliya).
Fanat.az