"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə qarşılaşacaq. Fanat.az təmsilçimizin rəqibləri ilə bağlı məlumatları təqdim edir.
"Sent-Etyen" klubu (Association Sportive de Saint-Etienne Loire) 1919-cu ildə yaradılıb. Sent-Etyen şəhərini təmsil edən 95 yaşlı klub ev oyunlarını 40.830 azarkeş tutumu olan "Geoffroy-Guichard" stadionunda keçirir. Arena 1931-ci ildə istefadəyə verilib, 1984, 1998 və 2014-cü illərdə təmir olunub.
Komanda uzun illərdi böyük uğurlara həsrət qalsa da, Fransanın titullu klublarından biridi. Belə ki, "Sent-Etyen" 10 dəfə Fransa çempionluğunu, 6 dəfə ölkə kubokunu, 1 dəfə Liqa Kubokunu qazanıb. "Qarabağ"ın rəqibi sonuncu dəfə 1981-ci ildə çempion olub, Fransa Kubokunu 1977-ci ildə qazanıb.
"Sent-Etyen" beynəlxalq yarışlarda ən böyük uğurunu 1975/76 mövmündə Çempionlar Liqasında qazanıb. Həmin mövsüm finala çıxan komanda "Bavariya"ya udazaraq ikinci olub.
"Qarabağ"ın rəqibi 2013/14 mövsümündə Fransa 1-ni 4-cü pillədə başa vuraraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. "Sent-Etyen" bu mərhələdə Türkiyənin "Karabükspor" klubu ilə qarşılaşıb. Türkiyədə 0:1 hesabı ilə yenilən fransızlar öz meydanlarında qalib gəliblər - 1:0. Cütün qalibi isə penalti seriyasında müəyyənləşib - 4:3.
"Sent-Etyen" 2014/15 mövsümünə uğurlu start verilib. İlk iki turda "Genqam" (2:0) və "Reyms"i (3:1) udan komanda III turda "Renn"lə sülh bağlayıb (0:0). 3 turda 7 xal toplayan komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qarabağ"ın rəqibi növbəti oyununu sentyabrın 1-də PSJ-yə qarşı keçirəcək.
"Sent-Etyen"in baş məşqçisi Kristope Qaltierdi. 48 yaşlı fransız mütəxəssis 2009-cu ildən komandaya başçılıq edir. "Qarabağ"ın rəqibinin kapitanı Loik Perrindi. 29 yaşlı futbolçu karyerası ərzində yalnız bu komandanın formasını geyinib.
Komandanın heyətində Türkiyə, Kot`D-İvuar, Hollandiya, Qvineya və Seneqaldan 6 legioner çıxış edir.
Qapçılar: Baptiste Valette, Stepan Ruffier, Cessi Moulin (hamısı Fransa).
Müdafiəçilər: Kevin Teopile-Katerine, Conatan Brison, Paul Baysse, Loik Perrin, François Klerk, Yerrold Nyemek (hamısı Fransa), Florentin Poqba (Qvineya), Mustafa Bayal Sall (Seneqal).
Yarımmüdafiəçilər: Ceremi Klement, Benjamin Korqnet, Renaud Kohade, Yohan Mollo, Fabien Lemoyne, Romain Hamouma, Frank Tabanou, Karl Madianqa (hamısı Fransa), İsmael Diomande, Conatan Bamba (ikisi də Kot`D-İvuar).
Hücumçu: Allan Saint-Maksimin, Kevin Monnet-Paquet (ikisi də Fransa), Maks Qradel (Kot`D-İvuar), Rikki van Volfsvinkel (Hollandiya), Mevlüt Erdinç (Türkiyə).
Fanat.az