"Qarabağ"ın rəqibinin sabiq hücumçusuna bəraət

"Qarabağ"ın rəqibinin sabiq hücumçusuna bəraət

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan İtaliya "İnter"inin sabiq hücumçusu Adriano narkotik maddələrin satışı ilə bağlı irəli sürülmüş ittihamlara dair bəraət qazanıb. Fanat.az xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusu narkotik alverində təqsirli bilinsəydi 25 il azadlıqdan mərhum olunacaqdı.

Prokurorluq Adrianonu motosikl əldə edərək narkotik alverçisinə həddiyyə etməkdə və həmin minik vasitə ilə narkotik satışının təşkil olunmasında günahlandırırdı. Məhkəmə Adrianonu həbs etməməyi qərara alsa da, ondan pasportunu təhfil verməyi xahiş ediblər.

Futbolçunun özü məhkəmə zalını tərk etdikdən sonra hadisəyə bu cür qiymət verib: "Özümə arxayın idim. Mən dürüst insanam. Vergiləri ödəyirəm, köküm təmizdir".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər