"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Ağdam klubu növbəti mərhələyə vəsiqə uğrunda "Rudar"la qarşılaşacaq. Fanat.az Çernoqoriya çempionu ilə bağlı məlumatı təqdim edir:
"Rudar" futbol klubu 1920-ci ildə Plyevlya şəhərində yaradılıb. 95 yaşlı klub ev oyunlarını Qradski stadionunda keçirir. 10 min azarkeş tutumu olan stadion 194-ci ildə inşa edilib, 1985-ci ildə yenidən qurulub.
Çernoqoriya çempionatı yarandığı ildən 2006/07 mövsümündən "Rudar" güclülər dəstəsində çıхış edir. "Qarabağ"ın rəqibi bu müddətdə 2 dəfə ölkə çempionu (2009/10, 2014/15) çempion olub, 1 dəfə gümüş (2011/12), 1 dəfə də bürünc (2010/11) medalları qazanıb. "Rudar" 3 dəfə ölkə kubokunun qalibi olub (2006/07, 2009/10, 2010/11).
"Qarabağ"ın rəqibi indiyədək 4 dəfə Avropa Liqasında (2007/08, 2011/12, 2012/13, 2013/14), 1 dəfə Çempionlar Liqasında (2010/11) iştirak edib. Komanda 2010/11 mövsümündə Çempionlar Liqasında, son 3 mövsümdə isə Avropa Liqasında bir mərhələ keçib.
Avrokuboklarda 13 oyun keçirən "Rudar" 3 qələbə qazanıb, 2 heç-heçə edib, 8 dəfə məğlub olub. Top fərqi - 10:22.
Komandanın baş məşqçisi Mirko Mariçdi. O, 2013-cü ilin iyun ayından "Rudar"a başçılıq edir.
Komandanın heyətində Serbiyadan 2, Yaponiyadan 3 legioner çıхış edir.
Fanat.az