"Qarabağ"ın rəqibinənbaş məşqçisinə rekord məbləğ

"Qarabağ"ın rəqibinənbaş məşqçisinə rekord məbləğ
Roberto Mançininin "İnter"dəki qazancı açıqlanıb. Fanat.az xəbər verir ki, Milan klubunun indoneziyalı sahibi Erik Tohir italyan mütəxəssisə rekord məbləğ ödəməyə razılıq verib.
2,5 illik müqavilə imzalayan Mançini bu mövsümün qalan hissəsi üçün 2,6 milyon avro maaş alacaq. Növbəti iki mövsümün hər birində isə o, 4 milyon avro qazanacaq. Ümumilikdə 2,5 il ərzində 10,6 milyon avronu cibinə qoyacaq Mançini A Seriyasının ən bahalı məşqçisi olacaq. Bununla yanaşı, o, qazanılacaq uğurlara görə əlavə bonuslar və mükafatlar da alacaq.
Qeyd edək ki, "İnter" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər