"Qarabağ"ın rəqibinə şad xəbər

"Qarabağ"ın rəqibinə şad xəbər

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək Ukraynanın "Dnepr" klubunun futbolçusu Roman Zozulya AL matçında iştirak edə biləcək. Fanat.az xəbər verir ki, Ukrayna millisinin hücumçusu ölkə çempionatının 9-cu turunda "Çernomorets"lə görüşü topuq nahiyəsindəki zədəyə görə buraxmışdı. Onun cümə axşamı Azərbaycan çempionuna qarşı matçdakı iştirakı da şübhə altında idi.

Həkimlərin intensiv terapiya kurslarından sonra Zozulyanı qısa müddətdə sıraya qaytarmaq mümkün olub.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" görüşü cümə axşamından cümə gününə keçən gecə saat 00:05-də start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər