Ukrayna çempionatında VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Dnepr" səfərdə meydana çıxıb və Xarkov "Metallist"inin qonağı olub.
Oyun "Dnepr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın rəqibinin heyətində Bruno Qama het-trik edib, Yevgeni Seleznyov və Yevgeni Konoplyanka hərəyə bir qol vurub.
Qeyd edək ki, "Dnepr" 6 turdan sonra 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Şaxtyor"dan 2 xal geri qalır.
Fanat.az