Avstriya Bundesliqasında II turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Zalsburq" səfərdə meydana çıxıb.
İyulun 30-da Bakıya səfər edəcək komanda "Neuştadt"ın qonağı olub və 5:0 hesablı qələbə qazanıb. "Zalsburq"un heyətində Conatan Soriano dubl edib, Kristian Şvegler, Kevin Kampl və Massimo Bruno hərəyə bir qol vurub.
Qeyd edək ki, "Zalsburq" ilk turda "Rapid"i (Vyana) 6:1 hesabı ilə yenmişdi. "Qarabağ"ın rəqibi 6 xalla turnir cədvəlinə rəhbərlik edir.
Fanat.az