"Qarabağ"ın rəqibi zirvəni əldən vermədi

"Qarabağ"ın rəqibi zirvəni əldən vermədi
Ukrayna Premyer Liqasında VIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" bu gün "İlliçivets"in qonağı olub.
22-ci dəqiqədə "Dnepr"dən Duqlas Silva birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib. 40-cı dəqiqədə Yevgeni Seleznev "Qarabağ"ın rəqibinə 1:0 hesablı qələbə qazandıran qola imza atıb. 73-cü dəqiqədə isə "İlliçivets"in oyunçusu Sergey Qrin ikinci sarı vərəni alaraq meydandan qovulub.
Bu qələbədən sonra xal hesabını 22-yə yüksəldən "Dnepr" liderliyini möhkəmləndirib. "Qarabağ"ın rəqibi "Şaxtyor"u 4, Kiyev "Dinamo"sunu 5 xal qabaqlayır. Bu komandalar bu gün qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər