"Qarabağ"ın rəqibi ulduzu ilə vidalaşdı

"Qarabağ"ın rəqibi ulduzu ilə vidalaşdı

Braziliyalı futbolçu Villian bundan sonra "Olimpiakos"da oynamayacaq. 

Fanat.Az xəbər verir ki, Yunanıstan komandası rəsmi saytı vasitəsilə 36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verdiyini açıqlayıb. 

Tərəflər bu qərarı qarşılıqlı razılıq əsasında qəbul ediblər. 

San-Paululu futbolçu azad agent statusu alıb və beləliklə, başqa komandaya pulsuz olaraq keçə bilər. 

Altı oyun və bir məhsuldar ötürmə - bu, Villianın Yunanıstan çempionatıdakı performansıdır. O, daha əvvəl "Şaxtyor", "Anji", "Çelsi", "Arsenal", "Korintians" və "Fulhem"də də çıxış edib.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində yanvarın 31-də "Olimpiakos"la Yunanıstanda üz-üzə gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər