İtaliya A Seriyasında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" "Parma"nın qonağı olub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in qapısına hər iki qolu Paolo De Keqli vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 10 turdan sonra 15 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az