"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu

Fransa çempionatında IX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sent-Etyen" "Tuluza"nı qəbul edib.

Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 22-ci dəqiqədə Ben Yedder imza atıb.

Qeyd edək ki, "Sent-Etyen" 9 oyunda 14 xal toplayıb. "Qarabağ"ın rəqibi PSJ, "Olimpik" (Lion), "Monpelye", "Tuluza", "Mets" və "Nitsa" ilə 5-11-ci pillələri bölüşür.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər