"Qarabağ"ın rəqibi türk futbolçusunu itirdi

"Qarabağ"ın rəqibi türk futbolçusunu itirdi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Fransa klubunun türk futbolçusu Mevlüt Erdinç zədələnib. 
Türkiyə yığmasına çağırılan futbolçu dünən Braziliya yoxlama oyununda start heyətində yer alıb və 46-cı dəqiqədə əvəzlənib. Zədə alan Erdinç Qazaxıstan matçının heyətindən çıxarılıb. Türk futbolçunun zədəsinin durumu ilə bağlı və meydana nə vaxt dönəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Mevlut Erdinç "Sent-Etyen"in "Qarabağ"la Bakıda keçirdiyi oyunda 75 dəqiqə oynayıb. O, bu mövsüm Fransa klubunun heyətində 14 rəsmi oyuna çıxıb və 3 qol vurub. "Qarabağ"la "Sent-Etyen" noyabrın 27-də Fransada qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər