İtaliya A Seriyasında VII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" "Napoli"ni qəbul edib.
Hesabı 79-cu dəqiqədə qonaq komandadan Joze Maria Kallejon açıb. 3 dəqiqə sonra Freddi Quarin bərabərliyi təmin etsə də, 90-cı dəqiqədə Kallejon yenidən "Napoli"ni önə keçirib. Lakin "İnter" məğlubiyyətlə barışmayıb və əlavə vaxtda Hernanes bərabərlik qolunu vurub.
Qeyd edək ki, "İnter" 7 turda 9 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az