Yenidən "İnter"in başına keçən Roberto Mançini "Qalatasaray"ın futbolçularına göz dikib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis sabiq klubundan 3 futbolçu istəyir.
Mançininin siyahısında ilk pilləni vaxtı ilə "İnter"də oynamış Uesli Sneyder tutur. İtalyan məşqçi holland ulduzla yanaşı, Türkiyə yığmasının iki üzvünü - Semih Kaya və Burak Yılmazı da istəyir.
Fanat.az