Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə 8 komanda 4 cütlüyü müəyyənləşdirib.
Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" "Beşikaş"ı mübarizədən kənarlaşdıran "Brügge"yə rəqib olub. Avroliqanın son qalibi "Sevilya" "Zenit"i sınağa çəkəcək. Kiyev "Dinamo"su "Fiorentina", "Volfsburq" "Napoli" ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 16-da, cavab matçları 23-də keçiriləcək.
Avropa Liqası
1/4 final
Sevilya (İspaniya) - Zenit (Rusiya)
Dnepr (Ukrayna) - Brügge (Belçika)
Dinamo (Ukrayna) - Fiorentina (İtaliya)
Volfsburq (Almaniya) - Napoli (İtaliya)
Fanat.az