"Qarabağ"ın rəqibi qələbə qazandı - VİDEO

"Qarabağ"ın rəqibi qələbə qazandı - VİDEO
İtaliya A Seriyasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" "Atalanta"nı qəbul edib.
Oyun Milan klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in heyətində Dani Osvaldo və Hernanes fərqlənib. Rodriqo Palasio isə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "İnter" 4 turda 8 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər