Ukrayna çempionatında IX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" Odessa "Çernomorets"ini qəbul edib.
Oyun "Dnepr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın rəqibinin ilk qoluna Nikola Kaliniç imza atıb. İkinci qolu isə Pavlo Kutas öz qapısına vurub.
Qeyd edək ki, "Dnepr" 9 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. Ukrayna klubu oktyabrın 23-də "Qarabağ"ı qəbul edəcək.
Fanat.az