"Qarabağ"ın rəqibi qapıçısını Türkiyəyə göndərdi

"Qarabağ"ın rəqibi qapıçısını Türkiyəyə göndərdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" qapıçısını icarəyə verib. Fanat.az xəbər verir ki, Milan klubunun sloveniyalı qolkiperi Vid Belek Türkiyədə çıxış edəcək.

24 yaşlı qapıçı "Konyaspor"a keçib. "İnter" onu türk klubuna 1 illik icarəyə veriö. Belek dünən yeni klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Belek 2007-ci ildə "Maribor"dan "İnter"ə transfer olunub. O, 2010-cu ildə Milan komandasının A komandasına yüksəlsə də, cəmi 3 oyunda meydana çıxıb. Belə ki, qolkiper 2012/13 mövsümündə Avropa Liqasında komandanın formasını geyinib. Qolkiper 2010-2012-ci illərdə "Krotone", 2013/14 mövsümündə Portuqaliyanın "Olhanense" klublarına icarəyə verilib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər