"Qarabağ"ın rəqibi müdafiə xəttini gücləndirir

"Qarabağ"ın rəqibi müdafiə xəttini gücləndirir

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl Yunayted" yeni mövsüm öncəsi heyətini komplektləşdirmək üçün müdafiə axtarışlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, "sağsağanlar"ın diqqəti hazırda "Vulverhempton"un istedadlı sol cinah müdafiəçisi Uqo Buenoya yönəlib.

23 yaşlı futbolçu öz çevikliyi və hücuma dəstək vermək bacarığı ilə Premyer Liqanın ən perspektivli oyunçularından biri hesab olunur.

"365scores"un məlumatına görə, klub rəhbərliyi müdafiənin sol tərəfində rəqabəti artırmaq və heyət dərinliyini təmin etmək niyyətindədir.

Hazırda klublar arasında danışıqların ilkin mərhələdə olduğu və transferin yaxın vaxtlarda rəsmiləşə biləcəyi iddia edilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər