"Qarabağ"ın rəqibi məşhur futbolçunu transfer etdi

"Qarabağ"ın rəqibi məşhur futbolçunu transfer etdi

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən Yunanıstanın “Olimpiakos” klubu heyətini gücləndirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşhur futbolçu Villian heyətə cəlb olunub.

36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə “Çelsi”, “Arsenal” və “Fulhem” kimi klubların şərəfini qoruyub.

“Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər