Fransa Liqa 1-də 8-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sent-Etyen" lider "Olimpik"in (Marsel) qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sent-Etyen"in qoluna 53-ci dəqiqədə Conatan Brison imza atıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 8 turda 14 xal toplayıb. "Sent-Etyen" turnir cədvəlində PSJ və "Mets"lə 4-6-cı pillələri bölüşür.
Fanat.az