Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Lüksemburq çempionu "Düdelanj"la qarşılaşacaq.
"Qarabağ"ın rəqibi 1991-ci ildə yaradılıb. Ölkənin cənubundakı eyniadlı şəhəri təmsil edən komanda “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb.
Yaşının az olmasına baxmayaraq, "Düdelanj" ölkənin iki ən titullu klubundan biridi. Belə ki, "Qarabağ"ın rəqibi indiyədək 12 dəfə ölkə çempionu olub. Onlar yalnız 119 yaşı olan "Jeunesse Eş" klubundan geri qalır - 28 çempionluq. "Düdelanj" 6 dəfə ölkə kubokuna sahib çıxıb.
"Düdelanj" son mövsümü "Qarabağ" kimi "Qızıl dubl"la bitirib. Komanda həm ölkə çempionu, həm də kubokun qalibi olub.
"Qarabağ"ın rəqibi indiyədək avrokuboklarda 46 oyun keçirib. Bu oyunlardan 8-də qələbə qazanıb, 5-də heç-heçə edən komanda 33 dəfə məğlub olub (Top fərqi - 48:111). "Düdelanj" 2005/06 və 2011/12 mövsümlərində Çempionlar Liqasında 1, 2012/13 mövsümündə 2 mərhələ keçib. Onlar indiyədək Azərbaycan klublarına rəqib olmayıb.
"Düdelanj"ın baş məşqçisi Mişel Lefloxmoandı. 64 yaşlı fransız mütəxəssis əvvəllər Lüksemburqun "Differdange 03" və Belçikanın "Ekselsior" klublarına başçılıq edib.
"Düdelanj"ın heyətində Fransadan 7, Belçikadan 3, Bosniya və Hersoqovina, Mərakeş, Anqola, Konqo və Qanadan 1 legioner oynayır.
Qapıçılar: Conatan Cubert, Maykl Klepkens, Maks Kerşen.
Müdafiəçilər: Klayton, Romain Ney, Yann Marques, Tom Şknell, Rodrige Dikaba, Cerri Prempeh, Donovan Mauri, Kevin Malget.
Yarımmüdafiəçilər: Rafael de Sosa, Yassin Benayiba, Dilan Deliqni, Sven Kalisa, Sofian Benzoyen, Coel Pedro, Elvis Sosa, Julien Humbert, Lilian Boşet, Stelvio, Kevin Nakaçe, Frederik Marques, Aleksandre Laurenti, Qreqori Adler.
Hücumçular: Sanel İbrahimoviç, Daniel da Mota, Patrik Teyşeyra Pinto, David Turpel.
Fanat.az