"Qarabağ"ın rəqibi heyətinə milli üzvünü qatdı

"Qarabağ"ın rəqibi heyətinə milli üzvünü qatdı

Hollandiyanın "Tvente" klubu "Qarabağ"la Avropa Liqasının ilk pley-off matçı öncəsi heyətinə yeni futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, Enşede təmsiliçisi Hollandiyanın U-21 yığmasının və "Herenven" klubunun yarımmüdafiəçisi Hakim Ziyeklə 4 illik müqavilə imzalayıb. 

Ziyek yeni komandasında Rusiya "Spartak"ına satılan Kuinsi Promexi əvəzləyəcək. Yarımmüdafiəçinin adı  artıq Avropa Liqası üçün sifariş ərizəsinə də salınıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına "Respublika" stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" görüşü avqustun 21-də saat 21:00-da start götürəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər