"Qarabağ"ın rəqibi evdə xal itirdi

"Qarabağ"ın rəqibi evdə xal itirdi

Ukrayna çempionatında XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" "Hoverla"nı qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 57-ci dəqiqədə "Dnepr"dən Nikola Kaliniç açsa da, 3 dəqiqə sonra qonaqlar bərabərliyi təmin edib. "Dnepr"in yeganə qolunun müəllifi Nikola Kaliniç 87-ci dəqiqədə meydandan qovulub.

Qeyd edək ki, "Qarabağ"ın rəqibi 12 turdan sonra 27 xalla turnin cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ağdam klubu Ukraynada "Dnepr"ə qalib gəlib (1:0), Bakıda uduzub (1:2).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər