"Qarabağ"ın rəqibi Emilin keçidini rəsmən açıqladı

"Qarabağ"ın rəqibi Emilin keçidini rəsmən açıqladı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi "Kopenhagen" yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, Danimarka klubu Mads Emil Madsenin keçidini mətbuat xidməti vasitəsilə rəsmən açıqlayıb.

Paytaxt təmsilçisi 27 yaşlı danimarkalı yarımmüdafiəçi ölkənin digər klubu "Orhus"dan transfer edib.

Qeyd edək ki, "Qarabağ" "Kopenhagen" ilə UEFA Çempionlar Liqasının II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər