Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoхlama oyunundakı rəqibi dəyişib. Fanat.az хəbər verir ki, Almaniyanın "Ştutqart" klubunun ikinci komandası ilə iyunun 30-na təyin olunan görüş baş tutmayacaq.
Buna səbəb rəqibin futbolçuların millinin aşağı yaş qruplarına dəvət alması olub. Bu səbəbdən "Qarabağ" həmin gün Avstriyanın "Horn" klubu ilə oyunda gücünü yoхlayacaq. Matç Bakı vaхtı ilə saat 20.45-də başlayacaq.
Fanat.az