"Qarabağ"ın rəqibi bombardirlə gücləndi - RƏSMİ

"Qarabağ"ın rəqibi bombardirlə gücləndi - RƏSMİ

“Ayntraxt” “Elversberq”in hücumçusu Yunes Ebnutalibi heyətinə qatıb. transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb.

“Qartallar” almaniyalı forvardla 2031-ci ilin iyun ayınadək müddətə nəzərdə tutulan müqavilə imzalayıb. 22 yaşlı futbolçu gələn il yanvarın 1-də yeni komandasına qoşulacaq.

Yerli mətbuat transferin franskfurtlulara 8 milyon avroya başa gəldiyini iddia edib. Əlavə olaraq 1 milyon avro bonuslar da nəzərdə tutulub.

Yunes Ebnutalib bu mövsüm II Bundesliqa­nın bombardiridir. O, 17 oyunda 12 qol vurub.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində 6 tura 7 xal toplayıb. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində pley-offa yüksəlmək şansını qoruyur. Təmsilçimiz yanvarın 21-də evdə "Ayntraxt"la, 28-də isə "Enfild"də "Liverpul"la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər