İtaliya A Seriyasında II turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "İnter" "Sassuolo"nu qəbul edib.
Milan klubu azarkeşləri önündə 7:0 hesablı qələbə qazanıb. "İnter"in heyətində Mauro İkardi het-trik, Dani Osvaldo dubl edib, Mateo Kovaçiçlə Fredi Quarin hərəyə bir qol vurub.
Qeyd edək ki, "İnter" 2 turda 4 xal qazanıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az