Milli komandaların Avropa çempionatının seçmə qrup mərhələsi oyunları ilə əlaqədar Ukrayna çempionatında da fasilə yaranıb. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Dnepropetrovsk "Dnepr"i Ukraynanın əsas milli komandasına 3 oyunçu ezam edib.
Bunlar Denis Boyko, Artyom Fedetski və Roman Zozulyadı.
"Dnepr"in daha iki futbolçusu digər ölkələrin yığmalarına dəvət alıblar: Caba Kankava Gürcüstan, İvan Striniç isə Xorvatiya millilərinin düşərgəsinə yollanıblar.
Klubun digər 2 üzvü isə U-19 yığmasına dəvət alıb: Valeri Luçkeviç və Maksim Tretyakov.
Fanat.az