Avstriya Bundesliqasında III turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Zalsburq" "Rid"in qonağı olub.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zalsburq"un qollarına 50-ci dəqiqədə Frans Şkiemer, 90+2-ci dəqiqədə Massimo Bruno imza atıb. 78-ci dəqiqədə Frans Şkiemer qırmızı vərəqə aldığından "Qarabağ"ın rəqibi azlıqda qalıb.
Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Zalsburq"u 2:1 hesabı ilə yenib. Cavab oyunu avqustun 6-da keçiriləcək.
Fanat.az