"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə qarşılaşacaq. Fanat.az təmsilçimizin rəqibləri ilə bağlı məlumatları təqdim edir.
"Dnepr" klubu (Football Club Dnipro Dnipropetrovsk) 1918-cü ildə Dnepetrovskidə yaradılıb. 96 yaşlı klub ev oyunlarını 31.003 azarkeş tutumu olan "Dnepr-Arena"da keçirir. Stadion 2008-ci ildə fəaliyyətə başlayıb. Layihənin dəyəri 40 milyon avrodu. Hazırda Dnepetrovski müharibə getdiyindən komanda ev oyunlarını Kiyev Olimpiya stadionunda keçirir.
"Dnepr" SSRİ dövründə 2 dəfə Ukrayna çempionluğunu, 1 dəfə ölkə kubokunu, 2 dəfə SSRİ Liqa Kubokunu, 1 dəfə SSRİ Superkubokunu qazanıb. "Qarabağ"ın rəqibi müstəqillik dövründə 2 dəfə Ukrayna çempionatının gümüş, 5 dəfə bürünc medallarını qazanıb. "Dnepr" 3 dəfə ölkə kubokunun finalına çıxıb və hər 3 halda "Şaxtyor"a uduzub.
"Dnepr" 2013/14 mövsümündə Ukrayna çempionunun gümüş medallarını qazanıb və Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə əldə edib. Lakin iki oyunun nəticəsinə əsasən "Kopenhagen"ə uduzaraq (0:0, 0:2) Avropa Liqasının pley-off mərhələsinə dühüb. Komanda burda Xorvatiyanın "Hayduk" klubunu mübarizədən kənarlaşdırıb (2:1, 0:0).
"Dnepr"in baş məşqçisi Miron Markeviçdi. O, mayın 22-də bu postda ispan Xuande Ramosu əvəzləyib. 52 yaşlı mütəxəssis əvvəllə Ukrayna və Rusiyanın bir çox klublarında çalışıb.
"Dnepr"in kapitanı Ruslan Rotandu. 32 yaşlı futbolçu 2008-ci ildən komandada çıxış edir. "Qarabağ"ın rəqibinin heyətində Rumıniya, Çexiya, Gürcüstan, Xorvatiya, Braziliya və Portuqaliyadan 11 legioner çıxış edir.
Qapıçılar: Denis Boyko, Denis Şelikov, İhor Vartsaba (hamısı Ukrayna), Jan Lastuvka (Çexiya).
Müdafiəçilər: Vitali Mandzyuk, Vladimir Polyovyi, Yevgeni Çeberyaçko, Valeri Luçkeviç, Artem Fedetski (hamısı Ukrayna), Aleksandru Vlad (Rumıniya), Andrey Mazuç (Çexiya), İvan Striniç (Xorvatiya), Duqlas (Braziliya).
Yarımmüdafiəçilər: Sergey Kravçenko, Yevgeni Konoplyanka, Yevgeni Şaxov, Ruslan Rotan, Sergey Politilo, Andrey Blijniçenko (hamısı Ukrayna), Jaba Kankava (Gürücüstan), Leo Matos (Braziliya), Bruno Qama (Portuqaliya), Mladen Bartuloviç (Xorvatiya).
Hücumçular: Yevgeni Seleznyov, Roman Zozulya (hər ikisi Ukrayna), Nikola Kaliniç (Xorvatiya), Mateus (Braziliya).
Fanat.az