"Qarabağ"ın "Viktoriya"nı udduğu oyun - VİDEO

"Qarabağ"ın "Viktoriya"nı udduğu oyun - VİDEO
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Düdelanj" səddini keçəcəyi halda "Viktoriya" ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, Çexiya çempionu təmsilçimiz üçün tanış rəqibdi.
Belə ki, "Qarabağ" 2014-cü ildə bu komanda ilə yoxlama oyunu keçirmişdi. Avstiyada baş tutan oyunda təmsilçimiz 3:1 hesablı qələbə qazanmışdı. "Qarabağ"ın qollarına Reynaldo, Leroy Corc və Muarem Muarem imza atmışdı. Onlardan ikisi - Reynaldo və Muarem indi də "Qarabağ"da çıxış edir. Rəqibin yeganə qolunun müəllifi isə hazırda da "Viktoriya"da oynayan Daniel Kolar olmuşdu.
Həmin oyunun videogörüntüsünü təqdim edirik. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər