"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi Azərbaycana nə qazandırdı? - REYTİNQ

"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi Azərbaycana nə qazandırdı? - REYTİNQ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Çelsi" ilə qələbəyə bərabər heç-hüçə (2:2) sayəsində növbəti dəfə ölkəmizin xal ehtiyatını artırıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,250 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,125-ə, son 5 ildəki göstəricisi isə 22.250-yə çatıb. 

Ölkəmizin reytinq sıralamasında mövqeyi isə dəyişməz qalıb - 25-ci yer. 

Qonşularımızdan bir addım öndəki Serbiyanın 22.375, təqibçimiz Sloveniyanın isə 21.718 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (100.225) başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər