Məşhur skysports.com saytı "Qarabağ"ın "Tvente"yə qarşı oynayacaq start heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, ingilis saytı Qurban Qurbanovun komandanı meydana 4-4-2 taktiki sxemi ilə çıxaracağını yazıb.
Həmkarlarımızın fikrincə, "Qarabağ"ın start heyəti belə olacaq: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, İlqar Qurbanov, Riçard Almeyda, Corc Leroy, Vüqar Nadirov, Danilo Dias.
Göründüyü kimi "Skysports" "Qarabağ"ın "Zalsburq"la səfər oyunundakı heyətini təqdim edib. Lakin həmkarlarımız həmin matçda Admir Teli və Reynaldo Silvanın cəza səbəbindən oynamadağını unudublar. Həmçinin "Zalsburq" matçında zədə alan Maksim Medvedev və İlqar Qurbanovun "Tvente"yə qarşı oynaması gözlənilmir. Yəqin ki, Qurban Qurbanov komandasını "Skysports"un təqdim etdiyi fərqli heyətlə meydana çıxarmaq haqda düşünür.
Fanat.az