Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, son 5 qarşılaşma baş tutub və qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Türkiyənin "Beşiktaş" klubu "Arsenal"ın qonağı olub. Komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Son 15 dəqiqəni 10 nəfərlə keçirən "Arsenal" 1:0 hesablı qələbə qazanaraq qrupa vəsiqə əldə edib.
"Qarabağ"ı Avropa Liqasına göndərən "Zalsburq" Çempionlar Liqasında mübarizəni dayandırıb. İlk oyunda "Malmö"nü 2:1 hesabı ilə yenən avstriyalılar səfərdə yenilib - 0:3.
"Bayer" 2:1 hesabı ilə yendiyi "Kopnehagen"i darmadağın edib - 4:0. "Atletik" ilk oyunda "sülh bağladığı" "Napoli"ni mübarizədən kənarlaşdırıb - 3:1.
"Ludoqorets" ilk oyunda 0:1 hesabı ilə uduzduğu "Styaua"nı qəbul edib və əsas vaxtda qələbə qazanıb - 1:0. Matçın əlavə vaxtında qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Botlqarıstan klubu qrup mərhələsinə düşüb - 6:5.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
27 avqust
Arsenal (İngiltərə) - Beşiktaş (Türkiyə) 1:0
Qol: Aleksis Sançes, 45+1.
Qırmızı vərəqə: Matyu Debuşi, 75 (Arsenal).
İlk oyun - 0:0.
Atletik (İspaniya) - Napoli (İtaliya) 3:1
Qollar: Aritz Aduriz, 61; 69. İbai Qomez, 74 - Marek Hamşik, 47.
İlk oyun - 1:1.
Bayer (Almaniya) - Kopenhagen (Danimarka) 4:0
Qollar: Son Heunq-Min, 2. Hakan Çalhanoğlu, 7. Stefan Kiesslinq, 31-pen; 65.
İlk oyun - 3:2.
Ludoqorets (Bolqarıstan) - Styaua (Rumıniya) 1:0 (penalti - 6:5)
Qol: Vanderson, 90.
Qırmızı vərəqə: Vladislav Stoyanov, 119 (Ludoqorets).
İlk oyun - 0:1.
Malmö (İsveç) - Zalsburq (Avstriya) 3:0
Qollar: Markus Rosenberq, 11-pen; 84 Maqnus Eriksson, 19.
İlk oyun - 1:2.
Fanat.az