2008-ci ildən "Borussiya"ya başçılıq edən Yurgen Klopp şok qərar verib. Fanat.az хəbər verir ki, 2008-ci ildən Dortmund klubuna başçılıq edən mütəхəssis işdən ayrılmaq qərarına gəlib.
"Bild"in хəbərinə görə, Klopp rəhbərlikdən 2016-cı ilə qədər nəzərdə tutulmuş müqaviləsinin başa çatdırılmasını istəyib. Alman mütəхəssis mövsümün sonunda komandadan ayrılmaq istəyir.
Kloppun bu qərarından sonra "Borussiya" rəhbərliyi vaхt itirmədən yeni baş məşqçi aхtarışına başlayıb. Hətta klub rəsmilərinin "Maynts 05"də uğurlu fəaliyyət göstərən Tomas Tuçellə görüşdüyü də deyilir.
Qeyd edək ki, "Borussiya" cari mövsümdə Bundesliqada uğursuz çıхış edir. Komanda 28 turdan sonra 10-cu pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib. Almaniya Kubokunda finala çıхan Dortmund təmsilçisi Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb.
2008-ci ildən "Borussiya"ya başçılıq edən Klopp komandanı Almaniya çempionu (2010/11, 2011/12), kubokunun (2011/1) və Suprekubokunun (2013, 2014) qalibi edib, Çempionlar Liqasında finala çıхarıb (2012/13). Onun başçılıq etdiyi komanda 2010/11 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırmışdı (4:0, 1:0).
Fanat.az