Avroliqanın qrup mərhələsində Kiyevin “Olimpiya” stadionunda “Dnepr” klubu ilə üz-üzə gələn “Qarabağ”ın minimal hesablı qələbəsi Bakıda da azarkeşlər tərəfindən qeyd olunub.
Fanat.az ANS TV-yə istinadən xəbər verir ki, Azadlıq meydanı və şəhərin müxtəlif nöqtələrinə toplaşan azarkeşlər sevimli komandalarına sevgilərini nümayiş etdiriblər. Onlar sevinclərini “Qarabağ”ı dəstəkləyən şüarlar səsləndirməklə və rəqs etməklə nümayiş etdiriblər.
Komandamız növbəti oyununu noyabr 6-da Bakıda keçirəcək. Bu dəfə “Qarabağ” öz meydanında yenidən “Dnepr” klubunu sınağa çəkəcək.
Fanat.az